Xəbər Lenti
Dünən, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Dünən, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
17-06-2026, 11:33
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
17-06-2026, 11:24
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
17-06-2026, 11:03
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
17-06-2026, 11:00
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
16-06-2026, 21:14
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
16-06-2026, 14:24
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
16-06-2026, 14:20
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir?
Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Ekspertlər deyirlər ki, idxalın artması daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər idxalın artmasının daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıdığını göstərir.
Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri 130,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 216 min ton və 45 milyon dollar çoxdur. Dünyanın bir çox ölkəsində buğda əsas ərzaq məhsulu hesab olunur və ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhalisi çörək və un məmulatlarını sevən və bu qidalardan daha çox istifadə edən ölkəmiz üçün isə ərzaqlıq buğdanın sabit təchizatı xüsusilə vacibdir. Bəs, maraqlıdır, idxalının artmasının səbəbləri nədir?
İqtisadçı ekspert Pərviz Heydərov "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, idxalın müəyyən dövrlərdə artmasının əsas səbəbi ölkənin daxili tələbatını tam ödəyə bilməməsidir: "Azərbaycanın idxal etdiyi əsas ərzaq məhsulları arasında ərzaqlıq buğda xüsusi yer tutur. Son illər ərzində ölkədə ərzaqlıq buğdanın daxili istehsalı və tədarükünə dair dövlət səviyyəsində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ də bu sahədə tələbat tam ödənilmir. Nəticə etibarilə, ölkəmiz bu məhsul üzrə idxaldan asılı vəziyyətdə qalır”.
Yerli buğda istehsalının ölkənin tələbatını tam qarşılamamasının səbəblərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir: "Daxili tələbatı tam qarşılaya bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, yerli istehsal olunan buğda tələb olunan keyfiyyət göstəricilərinə tam cavab vermir. Bundan əlavə, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Digər mühüm amil isə əkin sahələrinin məhdud olmasıdır. Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu, iqlim və su ehtiyatları ilə bağlı çətinliklər buğda istehsalının genişləndirilməsinə və tələbatı ödəməsinə əngəl yaradır. Rusiya-Ukrayna müharibəsindən əvvəl razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ukraynada müəyyən torpaq sahələrində buğda əkini ilə məşğul olmaq niyyətində idi. Lakin müharibə səbəbindən bu planlar reallaşmadı. Bu fakt bir daha göstərir ki, Azərbaycanın daxilində ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsini artırmaq üçün həm coğrafi, həm də iqtisadi resurslar məhduddur və bu səbəbdən idxal hələ də əsas rol oynayır”.
2024-cü ilin statistikasına əsasən, Azərbaycanın buğda idxalının əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Regionda baş verən gərginliklər fonunda buğda ticarətində hər hansı risklərin olması, un və çörək məhsullarının qiymətinə təsiri narahatlıq doğurur. Mütəxəssis bildirir ki, buğda idxalının artması un və çörək məhsullarının qiymətlərinə birbaşa təsir göstərmir: "Əksinə, idxal məhsulları yerli istehsaldan daha ucuz başa gəldiyinə görə qiymət artımı gözlənilmir. Azərbaycanın əsas idxal mənbəyi Rusiya olduğuna görə, oradan alınan ərzaqlıq buğda məhsulları aşağı tariflərlə, münasib qiymətə daxil olur. Bu da daxili bazarda un və çörək məhsullarının qiymətinin sabit qalmasına şərait yaradır. Rusiya ilə gərginliklərin idxala təsirinə gəldikdə isə, Moskva hazırda ağır iqtisadi sanksiyalar və böhran şəraitində olsa da, ölkə daxilində istehsal olunan məhsulların, xüsusilə də taxılın xaricə ixracını davam etdirir. Əksinə, bu məhsulların satışı Rusiya üçün əlavə gəlir mənbəyidir. Bu baxımdan inanmıram ki, Rusiya Azərbaycana buğda ixracını məhdudlaşdırsın”.
Ekspert əlavə edir ki, ölkədə yerli buğda istehsalının artırılması üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılıb: "Subsidiyalar, güzəştli kreditlər və infrastruktur dəstəyi istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. Amma əsas məsələ əkinə yararlı torpaq sahələrinin artırılmasıdır. Bu olmadan daxili tələbatı tam qarşılayan istehsala keçmək çətin olacaq”.
İqtisadçı Cəfər İbrahimli isə deyir ki, hazırda ərzaqlıq buğda ilə ölkənin özünü təmin etməsi istiqamətində bir sıra tədbirlər görülür. Lakin hələ də daxili istehsal ümumi tələbatı tam qarşılamaq gücündə deyil: "Faktiki olaraq Azərbaycanın bu sahədəki tələbatının yalnız 40 faizi yerli istehsal hesabına ödənilir, 60 faizi isə idxalla təmin olunur. Bu ilin ilk altı ayında buğda idxalında ciddi artım müşahidə olunur. Bu artım əsasən Rusiya və qismən də Ukrayna bazarları hesabına baş verir. İdxalın ilin əvvəlində artması isə istehsalda azalma siqnalı deyil, daha çox daxili ehtiyatların tənzimlənməsi və planlı tədarük siyasəti ilə bağlıdır. Əvvəllər idxal əsasən payız və qış aylarında baş tuturdusa, bu il tədarük prosesi daha erkən mərhələyə çəkilib. Bu, həm də qlobal bazarlardakı qiymət dəyişiklikləri və logistik risklər fonunda ehtiyatlı strategiyanın göstəricisi kimi dəyərləndirilə bilər”.
Mütəxəssis vurğulayır ki, ölkəmiz təqribən hər il bir milyon ton civarında ərzaqlıq buğda idxal edir. Bu il də bu həcmin dəyişməyəcəyi ehtimal olunur. Bu baxımdan, 2025-ci ilin ilk yarısında idxalın artması mütləq şəkildə daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər və cari tendensiyalar onu göstərir ki, idxalın artımı daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıyır. ("Kaspi" qəzeti)






















































