Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Quba rayonu 5 №-li Yol İstismarı MMC-nin direktoru Paşa Abdullayev-Yol quruculuğunda məsuliyyət, sədaqət və peşəkarlıq nümunəsi
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
Şahin Süleymanov-Yol istismarında peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət nümunəsi
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Keçmiş RİH-nin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi
Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə “İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya” sənədi təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımının təmin olunmasını qarşıya məqsəd qoyur.
Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsinə gətirib çıxaracaq. Habelə, ən ucqar nöqtələrdə olan vətəndaşaların da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.
İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.
Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabət qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyini artıracaq.
Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər prioritet xəstələnmə halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.
Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) artıq 2 ilə yaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır. Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.























































