Menu
Xəbər Lenti
Bu ərazilərə qar yağır
16-11-2026, 10:39

Bu ərazilərə qar yağır

Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

04 Avqust 2025 17:22Manşet / Dünya

“Putin Zelenski ilə görüşə bilər” - Peskov

 

“Rusiya Prezidenti Vladimir Putin müvafiq hazırlıqdan sonra Ukrayna lideri Volodimir Zelenski ilə potensial görüşü istisna etmir”. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezidentin özü də daim belə bir görüşün keçirilməsini istisna etmir. Lakin belə görüş üçün hazırlıq işləri hələ tam görülməyib”, deyə Peskov bildirib .

Qeyd edək ki, avqustun 1-də Zelenski münaqişənin həllini müzakirə etmək üçün Putinlə görüşməyə hazır olduğunu bəyan edib.