Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

04 Avqust 2025 13:04Manşet / Cəmiyyət

Polis bu ərazilərdə nəzarəti gücləndirib

 

Polis sahilboyu ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb. 

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir:

“Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 24, sadalanan digər qadağan edilmiş əməllərə yol verən 5 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb. Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir”.