Xəbər Lenti
15-08-2026, 19:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 14:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
15-08-2026, 10:24
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
25 İyul 2025 09:20Manşet / İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,76 % artaraq 70,41 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,19 ABŞ dolları idi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.























































