26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gömrük borcunun ödənilməsində yeni qayda tətbiq olunacaq
Gömrük borcunun ödənilməsinə dair yeni qayda tətbiq olunacaq.
“Qafqazinfo”nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Qeyd edək ki, Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:
- girov;
- veksel zaminliyi (aval);
- bank qarantiyası;
- ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;
- sığorta müqavilələri;
- üçüncü şəxsin zaminliyi;
- avans ödəmələr.























































