26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Əbu-Dabi görüşü ən vacib və tarixi görüş olmaqla yanaşı, bir sıra maraqlı və diqqətçəkən məqamlarla da yadda qalıb.
Oxu.Az xəbər verir ki, liderlərin görüşündə iştirak edən nümayəndə heyətlərinin tərkibinə nəzər salanda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak edirlər.
Diqqətçəkən məqamlardan biri ilk dəfə görüşə baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın da qatılmasıdır.
Xatırlatmaq yerinə düşər ki, Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ondan çox iclası keçirilib. Görüşdə bir sıra mühüm nəticələr əldə olunub, sərhəd dirəkləri quraşdırılıb. Həmçinin, hər iclasdan sonra tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Ehtimal olunur ki, bugünkü görüşdə delimitasiya prosesinin növbəti mərhələsi də müzakirə ediləcək.























































