ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Fərman Borçali – 65
DÜNYAN ÜFÜQ BOYU ŞEİR ŞƏFƏQİ
Əbədi sözün yorulmaz ədəbi yolçularından olan şair-publisist, jurnalist, naşir, "Dostluq Məşəli" Cəmiyyətinin sədri və eyniadlı qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərman Borçalını dünyaya gəldiyi gün (24 iyun), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir, bu mübarək - özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza, dostumuza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:
Dünyaya gəldiyin Borçalı eli
Bağ, dağ-aranlıdı, dilbər guşəli.
Hər kəsə aynadı məram, əməli;
Könüllərə korpü - "Dostluq Məşəli".
Ömür xalısında ilmələr illər,
Fəsillər boyası - gözəlliyində...
Bahar çicək çağı, payız bar -bəhər,
Sevinc- kədər əkiz özəlliyində...
Sözə konül verdin, çicəklədi dil,
Fikir şəfəqləndi, duyğular dindi.
Fəxrlə söyləyir bu ulus, bu el:
Gözəldir şairin hər beyti-bəndi.
Sözün ki sehrinə düşəndən bəri
İlham çesməsində göylərin bərqi...
Təbin-təbiətin sanki dan yeri,
Dünyan ufüq boyu şeir şəfəqi...
Tapdıq ƏLİBƏYLİ























































