Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
“Kristal”ın yeni veb-saytı istifadəyə verildi - kristal.az artıq aktivdir!
“Kristal”dan yeni veb-sayt – mənzil axtarışı artıq daha asan!
“Kristal” rebrendinq çərçivəsində tamamilə yenilənmiş və funksional imkanlarla zənginləşdirilmiş www.kristal.az veb-saytını ictimaiyyətin istifadəsinə təqdim edib. Yeni sayt müasir istifadəçi tələblərinə cavab verən dizaynı, geniş məlumat bazası və rahat interfeysi ilə həm mənzil axtaranlar, həm də daşınmaz əmlak sahəsində qərar vermək istəyən investorlar üçün əvəzolunmaz rəqəmsal platformaya çevrilir.

•Bütün layihələr bir toxunuşla qarşınızda. Yenilənmiş kristal.az veb-saytı vasitəsilə istifadəçilər artıq “Kristal” şirkətinin təhvil verilmiş və inşası davam edən bütün layihələri, onların yerləşdiyi ərazilər, mənzillərin sahələri, otaq sayı, təklif olunan qiymət aralıqları və digər vacib parametrlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Yeni platforma bu məlumatları sadə, vizual və rahat formada təqdim edərək istifadəçiyə seçim prosesini daha aydın və sürətli şəkildə aparmağa şərait yaradır.
.jpg)
• Birbaşa inteqrasiyalı təkmilləşdirilmiş mənzil axtarış sistemi və ipoteka kalkulyatoru. Saytda inteqrasiya edilmiş dəqiq ipoteka kalkulyatoru vasitəsilə istənilən mənzil üzrə ilkin ödənişi, aylıq ödənişləri və ümumi kredit dəyərini bir neçə saniyə ərzində hesablamaq mümkündür. Bununla yanaşı, saytın ən innovativ funksiyalarından biri olan mənzil müqayisə bölməsi alıcılara eyni anda bir neçə mənzilin texniki və maliyyə göstəricilərini paralel şəkildə analiz etməyə, daha doğru qərar verməyə imkan yaradır.

•Mənzilləri müqayisə et, rahat seçim et. Yeni sayt həm də vizual təcrübəni gücləndirən alətlərlə zəngindir. 3D mənzil planları vasitəsilə istifadəçilər mənzilin planını və yerləşməsini daha yaxşı təsəvvür edə bilərlər. Əlavə olaraq, interaktiv xəritə funksiyası istifadəçilərə layihələrin coğrafi yerləşməsini vizual olaraq araşdırmağa, şəhərin müxtəlif bölgələrində yerləşən layihələr arasında rahatlıqla seçim aparmağa şərait yaradır.

•Mənzillər, kampaniyalar, vakansiyalar – hamısı bir platformada. Artıq sayt üzərindən layihəyə birbaşa görüş təyin etmək də mümkündür. İstifadəçilər istədikləri layihəni seçərək özlərinə uyğun vaxtda şirkətlə əlaqə qurmaq və layihə ilə əyani tanışlıq üçün görüş sifariş etmək imkanına sahibdirlər. Eyni zamanda, saytda hazırda satışda olan bütün mənzillər, xüsusi kampaniyalar, şirkətlə bağlı son xəbərlər və mövcud vakansiyalar bir yerdə təqdim olunur.
• Xəyalındakı mənzili bəyən və ya sevdiklərinlə paylaş. Yeni platforma həmçinin sosial paylaşım funksiyaları ilə də təkmilləşdirilib. İstifadəçilər bəyəndikləri mənzilləri bir kliklə dostları və yaxınları ilə paylaşa bilər, beləliklə seçim prosesində çevrələrinin rəyini də nəzərə ala bilərlər.
Ətraflı məlumat üçün: *1544
Kristal – Bütün layihələr bir toxunuşla qarşınızda.





















































