Xəbər Lenti
Dünən, 21:57
Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
1-08-2026, 10:00
Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
“Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır
“Qalatasaray” Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qatmaq istəyir.
“Qafqazinfo” bu barədə “Ajansspor”a istinadən xəbər verir.
Məlumata görə, İstanbul təmsilçisi bu mövsüm gözləntiləri qarşılaya bilməyən Kerem Demirbay və Berkan Kutlu ilə yolları ayırmaq istəyir. Klub hər iki oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd olunub ki, “sarı-qırmızılar” bu əsnada Dortmund “Borussiya”sı ilə 1 illik müqaviləsi qalan 27 yaşlı Özcanı transfer etməyə çalışacaq.
O da bildirir ki, Türkiyə millisinin üzvü özü “Qalatasaray”ın təklifinə müsbət baxır.























































