Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edərək, Azərbaycan xalqını təbrik edib. Oxu.Az-ın verdiyi məlumata görə, səfir Ukraynanın strateji tərəfdaşlığı, ortaq tarixi və suverenliklə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsini yüksək qiymətləndirib. O, Azərbaycan xalqına sülh, rifah və həmrəylik arzulayıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da 28 May münasibətilə paylaşım edərək bildirib ki, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan müstəqilliyini elan edib. Səfir qeyd edib ki, bu əlamətdar günün Azərbaycan xalqı ilə birlikdə qeyd edilməsindən məmnundur və "Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz" deyib.

İsrailin Azərbaycandakı səfirliyi də Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb. Səfirlik paylaşımında bu önəmli günü Azərbaycanla birlikdə qeyd etdiklərini bildirərək, ölkənin inkişaf yolunu, gücünü və nailiyyətlərini yüksək qiymətləndirib. Həmçinin xalqlar arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayıb.

Türkiyənin Bakıdakı səfirliyi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Kədəri və sevinci birlikdə paylaşdığımız qardaş Azərbaycan xalqının Müstəqillik Gününü canı-qəlbdən təbrik edirik", - deyə mesajda qeyd olunub.
Həmçinin vurğulanıb ki, "Bir millət, iki dövlət" şüarı ilə davam etdirilən qardaşlıq münasibətləri bundan sonra da möhkəmləndirilməyə davam edəcək.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, səfir paylaşımında Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
O, Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıb.
"Milli günün mübarək olsun!", - deyə səfir qeyd edib.

Polşa və Niderlandın Bakıdakı səfirlikləri 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini ünvanlayıblar.
Oxu.Az xəbər verir ki, hər iki təbrik "X" sosial şəbəkəsindəki rəsmi səhifələrdə paylaşılıb.
Polşa səfirliyinin paylaşımında qeyd edilib:
"Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, rifah arzulayır və ən xoş arzularını bildirir. Müstəqillik Gününüz mübarək".

Niderland səfirliyi də Müstəqillik Günü münasibətilə təbrik edib.
"Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq", - deyə paylaşımda vurğulanıb.
























































