Xəbər Lenti
Bugün, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Bugün, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Bugün, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Dünən, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Dünən, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
6-04-2026, 19:08
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qrant layihəsi çərçivəsində şagirdlərin həyati bacarıqlarının inkişafına yönəlik təlimlər davam edir
6-04-2026, 11:11
Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev
Zərərli münasibətlərdən necə qurtulmaq olar? - Psixoloq
Toksik (zərərli) münasibətlər bir çox hallarda məcburiyyət və manipulyasiya üzərində qurulur. Belə münasibətlərdə tərəflər bir-birinin zəif nöqtələrindən istifadə edərək, daimi emosional gərginlik mühitində yaşayırlar. Xaricdən hər şey sakit görünə bilər, amma daxildə tərəflər özlərini ifadə edə bilmədikləri bir atmosferdə tükənirlər.
Qaynarinfo xəbər verir ki, rusiyalı psixoloq Kristina Tişçenkonun fikrincə, belə münasibətlərdən çıxmaq üçün ilk növbədə, problemin özünü tanımaq və qəbul etmək vacibdir.
Tişçenko bildirir ki, insanlar tez-tez münasibətlərdə nəyinsə pis getdiyini qəbul etməyə tələsmir. Lakin bəzi aydın siqnallar var:
* Sakitlikdən çox narahatlıq içindəsiniz.
* Qorxu hissi nəfəs alma hissindən daha güclüdür.
* Artıq özünüzü tanımır, istədiklərinizi və sərhədlərinizi unudursunuz.
* Partnyor sizi idarə edir, alçaldır, manipulyasiya edir ("Mənsiz heç kimsən", "Sən hər şeyi uydurursan").
* Qısqanclıq, ittihamlar və laqeyd münasibət norma halını alıb.
* Reallığa deyil, ümidsiz bir ümidə tutunursunuz.
* Daim günahkarlıq və yorğunluq içindəsiniz, sanki heç vaxt kifayət qədər yaxşı deyilsiniz.
"Sevgi imtahan deyil", deyə psixoloq əlavə edib.
Psixoloq vurğulayır ki, bu cür münasibətlərdə qalmaq nə sadəlövhlükdür, nə də zəiflik. Çox zaman səbəb psixoloji mexanizmlərdə və uşaq vaxtı öyrəndiklərimizdədir.
"Bizə uşaqlıqda psixopatları və zalımları tanımağı yox, onlarla yaşamağı öyrədiblər. Əgər həmin şəxslər bizim atalarımız olubsa və bizə onlara görə özümüzü günahkar hiss etdirən analarımız olubsa, necə fərqli davrana bilərdik ki?"
Toksik münasibətlərdə olan partnyorlar bir-birinə "uyğundur". Bu cür münasibətlər hər iki tərəf üçün tanış və rahat gəlir – şikayət etsələr də, çox zaman bu dairədən çıxmaq haqda düşünmürlər.
Tişçenko hesab edir ki, həqiqəti qəbul etməlisiz: "Mənə ağrıdır. Bu münasibət məni məhv edir. Bu, sevgi deyil". Problemi qəbul etmək ilk addımdır"
Onun fikrincə, özünüzə sual verməlisiz: "Mənə bu münasibətdə yaxşıdır, yoxsa pis?" Əgər pisdirsə, "Niyə hələ də buradayam?"
Qəhrəman olmağa çalışmayın: "Heç kəsi xilas etməyə borclu deyilsiniz. Sağlam münasibət qarşılıqlı hörmət və dəstək üzərində qurulur, ümidsiz gözləntilər üzərində deyil".
Kədərlənin və ağlayın: "Pis münasibətlərə də zaman, emosiyalar və xəyallar sərf olunub. Ağrını içinizdə boğmayın, yaşayın".
Yalnız qalmayın: "Bir terapevtə müraciət edin. Dinlənildiyinizi hiss etdiyiniz bir mühitdə olun".
Özünüzə qayıdın: "Mən nə hiss edirəm?", "Mən nə istəyirəm?", "Mənə nə lazımdır?" suallarını tez-tez verin. Sizi əvvəllər sevindirən şeyləri xatırlayın, yeni maraqlara vaxt ayırın".
Tədricən vərdiş edin: "Emosional "dağ-qaya relslərindən” imtina etdikdən sonra orqanizminiz balanslı həyata alışmalıdır. İş, təhsil və ya hobbi ilə məşğul olun".
"Sağlam münasibət ideal olmaqla deyil, yetkinliklə bağlıdır. Və bu, sizin özünüzə qayıtmağınızla başlayır", deyə psixoloq vurğulayır.
Toksik münasibətdən çıxış – bu, tək bir addım deyil. Bu, ağrılı, qeyri-sabit və qorxulu bir prosesdir. Amma bu proses sizi həqiqi həyata aparır – orada sevgi üçün əziyyət çəkmək lazım deyil, orada "özün olmaq” təhlükəli deyil, orada birlikdə yaşamaq yox, birlikdə inkişaf etmək mümkündür.
Aydın























































