MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Bu rayonlara dolu düşüb
Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
“Qafqazinfo” xəbər verir ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada 5 mm-dir.
Mayın 3-ü saat 23:25 radələrində Şahbuza diametri 5 mm, mayın 4-ü saat 00:10 radələrində isə Naxçıvana diametri 21 mm olan dolu düşüb.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Altıağac və Neftçalada 20, Culfada 19, Gəncədə 18 m/s-dək güclənir.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qrız, Şəki, Qəbələ, Qusar, Qobustan, Göyçay, Zərdab, Şərur, Qax və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.























































