İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
“Tuana Estetik Mərkəzi”ndə fəaliyyət göstərən estetik həkim Esmira İbrahimli barəsində ciddi ittihamlar səsləndirilir... ŞİKAYƏT
“Tuana Estetik Mərkəzi”ndə estetik həkim kimi fəaliyyət göstərən Op. Dr. Esmira İbrahimli barəsində mediada yayılan son məlumatlar geniş rezonans doğurub. İddialara əsasən, onun fəaliyyəti ilə bağlı bir sıra şikayətlər daxil olub, lakin bu günə qədər barəsində hər hansı ciddi hüquqi tədbirin görülməməsi suallar doğurur.
Etibarlı mənbələrdən verilən məlumata görə, bir neçə pasiyent tərəfindən şifahi və yazılı şəkildə şikayətlər edilsə də, həkim hələ də fəaliyyətini davam etdirir. Hüquq-mühafizə orqanlarının məsələni araşdırdığı bildirilir.
Məsələ ilə bağlı ən diqqətçəkən faktlardan biri isə tanınmış jurnalist, AYB və AJB üzvü, “Merhemet.TV” rəhbəri Gülnara Həmidovanın yaşadığı problemlərlə bağlıdır. Gülnara Həmidova “Xezertv.info”ya açıqlamasında bildirib ki, Esmira İbrahimlinin etdiyi estetik müdaxilə uğursuz nəticələnib və sağlamlığına ciddi təsir göstərib.
Jurnalistin sözlərinə görə, həkimlə dəfələrlə əlaqə saxlamaq və müalicəni tamamlamaq cəhdləri cavabsız qalıb:
“Əməliyyatdan sonra gözlədiyim nəticəni almadım. Bir neçə dəfə müraciət etsəm də, hər dəfə məni get-gələ saldı. Media yazısından sonra özü əlaqə saxladı, evimə gəldi, amma problemin köklü həlli üçün heç bir addım atmadı.”
Məsələ ilə bağlı araşdırma aparan jurnalistlər “Tuana Estetik Mərkəzi”ndə Səhiyyə Nazirliyi tərəfindən verilmiş bəzi sertifikatlara rast gəldiklərini də bildirirlər. Bu isə yeni bir sual doğurur: Əgər fəaliyyətində nöqsanlar varsa, bu sertifikatlar necə qorunub saxlanılır?
Qeyd edək ki, iddialara baxmayaraq, hələlik nə Esmira İbrahimli, nə də “Tuana Estetik Mərkəzi” tərəfindən məsələyə dair rəsmi açıqlama verilməyib. Media orqanı olaraq qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.
Ekspert rəyi:
Səhiyyə sahəsi üzrə ekspertlər bildirirlər ki, pasiyentin razılığı olmadan tibbi müdaxilə və ya natamam müalicə halları ciddi şəkildə qanunla tənzimlənir. Əgər pasiyentə zərər dəyibsə, bu, həm inzibati, həm də cinayət məsuliyyəti doğura bilər.
İctimai sual açıq qalır:
✔️ Esmira İbrahimlini kim himayə edir?
✔️ Niyə bu qədər şikayətlərə baxmayaraq fəaliyyəti davam edir?
✔️ Səhiyyə qurumları niyə bu məsələyə rəsmi münasibət bildirmir?
Araşdırmalar davam edir… Yeni məlumatlar əldə etdikcə oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyinə yer ayırmağa hazırıq.

























































