Menu
Xəbər Lenti
Ərdoğan Azərbaycana gəlir
26-04-2025, 09:10

Ərdoğan Azərbaycana gəlir

Neftimiz bahalaşdı
25-04-2025, 08:29

Neftimiz bahalaşdı

28 Aprel 2025 08:20Manşet / İdman

“O duruş “Qarabağ”ın əsalətindəndir” - Tahir Gözəl

 

Xəbər verdiyimiz kimi, “Qarabağ” Premyer Liqanın 32-ci turunda “Sabah”la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

“Qafqazifno” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

- Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən çox razıyam. “Qarabağ” hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. “Sabah” çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hər zaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. “Sabah”la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir. 

- Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?

- Mən belə düşünürəm ki, limitin ləğv olunması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.

- Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?

- İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir. 

- Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə söylədiniz?

- 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi. 

- Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilərmi?

- O duruş “Qarabağ”ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.

- Azərbaycan kubokunda yenidən “Sabah”la keçirəcəyiniz matç barədə düşüncələriniz?

- Mən bilirəm ki, “Sabah” həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, “şirlərin savaşı” adlandıracağımız matç olacağına inanıram. 

- AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?

- Xeyr.