Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Hindistanla Pakistan arasında gərginlik artır
Hindistan Silahlı Qüvvələri ölkənin sərhəd məntəqələrinin Pakistan tərəfindən atəşə tutulduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Hindistanın “Press Trust of India” agentliyi və “NDTV” telekanalı yayıb.
Bildirilib ki, hadisə Cəmmu və Kəşmir yaxınlığında qeydə alınıb, Hindistan hərbçiləri isə atəşə cavab verib.
Dağıntı və tələfat barədə isə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.
Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb, sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.























































