Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Tramp ticarət rüsumlarını təxirə salır
ABŞ Prezidenti Donald Tramp ticarət rüsumlarının tətbiq edilməsini təxirə salmaq qərarına gəlib.
Bu barədə Oxu.Az "The Wall Street Journal" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, Ağ Ev rəhbəri ölkənin maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Latnik ilə müzakirələrdən sonra bu fikrə düşüb.
Nəşr qeyd edir ki, aprelin 9-da maliyyə bazarlarını panika bürüyüb və bununla əlaqədar olaraq, S.Bessent və H.Latnik D.Trampın miqyaslı qlobal tariflər tətbiq etmək planını dayandırmasında israr ediblər.
Onların bu yöndə çabalarını daim prezidentin ətrafında "dolaşan" ticarət üzrə məsləhətçisi Piter Navarronun mövqeyi çətinləşdirib.
Bununla belə, S.Bessent və H.Latnik Amerika lideri ilə planlaşdırılmamış görüş keçirə və onu tariflərin dərhal tətbiqindən imtina etməyə inandıra biliblər.





















































