VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“O yazıq qızı rahat buraxın...” - Mirşahin Ağayev
“Bir telekanalın aparıcısı ehtiyatsız ifadəyə yol verib. Audiovizual Şura da, çalışdığı kanal da tədbir görüb. Əslində söhbət bağlanmalı idi… Amma yox… Linç tam sürətlə davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev feysbuk hesabında yazıb.
“Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insanı gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır! Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın bu düşük boşboğazlığı!”, - deyə, M. Ağayev bildirib.
Xatırladaq ki, bir neçə gün öncə “Kanal S”in aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Bu gündən onun aparıcılığını etdiyi “Sözün bitdiyi an” verilişinin yayımı dayandırılır.























































