Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Alatavada dağıdılan evin sakini: "Ağrılarımız çoxdur, ancaq ədalətə inanırıq"
"Hazırda vəziyyətimiz yaxşı deyil, ağrılarımız çoxdur".
Bunu Teleqraf-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sakini Həbib Hacıyev deyib.
O, bildirib ki, hadisə nəticə xəsarət alıb:
"Dağıntı nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri də mənəm. Hazırda xəstəxanadan gəlirəm. Vəziyyətimiz yaxşı deyil. Ağrılarımız çoxdur. Hətta mənim üçün məsələ ilə bağlı danışmaq da çətindir. Çəkilən şəkillərə, videolara baxdıqda ürəyim ağrıyır. Hər birimiz ciddi psixoloji sarsıntı keçirmişik. Gözümüz qarşısında evimizi dağıtdılar, necə yaxşı ola bilərik?".
H.Hacıyev "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun da saxlanılmasına münasibət bildirib:
"Biz də xəbərlərdən oxuduq ki, həmin şəxs saxlanılıb. Məhkəmələrimizə, ədalətə inanırıq. Ümid edirəm ki, ədalət öz yerini tapacaq".
Xatırladaq ki, ötən gün saat 11 radələrində "Melissa Group" şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.























































