Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

26 Mart 2025 17:59Manşet / Gündəm

Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR

 

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.

DOSYE.ORG Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, “Azon zavodu”nun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə – bir il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır, amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır. İ.İbrahimova açıqlamasında qeyd edib ki, nazirliyin rəsmiləri artıq hadisə yerindədirlər.