Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Bugün, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Bugün, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
Dünən, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
Dünən, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dünən, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

21 Mart 2025 17:00Manşet / Gündəm

Nizami rayonunda məktəbin ərazisində avtoyuma məntəqəsini kim tikdirir?

 

Ölkədə böyük bayram tətilləri zamanı şəhərdə adam az olanda, əhali istirahət üçün bölgələrə üz tutanda, ya da evində oturub şəhərə çıxmayanda “obyekt aşiqləri” fəallaşmağa başlayırlar.

Haranısa hasara alır, ağac kəsir, tezbazar yüngül konstruksiyalı obyekt inşa edirlər. Ətrafa diqqət edən insanlar bunu görəndə isə gec olur. Vaxtında görsələr belə, müvafiq dövlət orqanları (icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və s.) tətilə çıxdığı üçün heç yerə zəng edib şikayəti çatdıra bilmirlər. “Obyekt aşiqləri” də bu orqanlara bağlı şəxslər olduğundan bunu yaxşı bilir və “əməliyyat vaxtı” üçün həmin günləri seçirlər.

Artıq Nizami rayonunda bayramı fürsət bilənlər işə keçib. Belə ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.
Bu barədə məlumat paylaşan sakinlərdən biri bildirib ki, bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.

Tikintiyə rəsmi icazə verilib-verilmədiyinə aidiyyəti orqanlardan aydınlıq gətirilməsi xahiş olunur.
Aidiyyəti orqanların mövqeyini işıqlandırmağa hazırıq. Tribunainfo.az


Qeyd edək ki,2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.