VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Uşaqlarda inkişaf ləngiməsi
Uşaqlarda inkişaf fərdi olsa da, bəzi hallarda müəyyən yaş mərhələlərində gözlənilən bacarıqlara çatmamaq müşahidə edilə bilər. Bu hal inkişaf ləngiməsi adlanır və uşağın motor, nitq, idrak və sosial bacarıqlarında geriləmə ilə xarakterizə olunur. İnkişaf ləngiməsi erkən aşkarlanmadıqda, uşağın təhsil və sosial həyatında təsir edir.
Diqqət, yaddaş və düşünmə bacarıqlarında zəiflik uşağın yaşına uyğun problem həll etmə və yeni məlumatları qavramasına çətinlik yaradır.
Sosial və emosional inkişaf ləngiməsi digər insanlarla ünsiyyət qurmaqda və duyğularını ifadə etməkdə çətinlikdir. Bu adətən autizm spektor pozuntusu və ya digər nevroloji problemlərlə əlaqəli ola bilər.
İnkişaf ləngiməsinin yaranmasına müxtəlif səbəblər təsir edə bilər. Əsas səbəblərin arasında bunları qeyd edə bilərik. Genetik faktorlar, hamiləlik və doğuş zamanı problemlər - oksigen çatışmazlığı, erkən doğuş, infeksiyalar, qidalanma çatışmazlığı və ya nevroloji xəstəliklər.
İnkişaf ləngiməsinin əsas növləri:
Motor ləngimə
Nitq ləngiməsi
İdrak ləngiməsi
İnkişaf ləngiməsi erkən aşkarlandıqda və müvafiq tədbirlər görüldükdə, uşağın potensialını maksimum inkişaf etdirmək mümkündür. Valideynlərin və mütəxəssislərin əməkdaşlığı bu prosesdə mühüm rol oynayır.
Gülarə Asəfqızı.
Uşaq yeniyetmə psixoloqu























































