Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Məktəblilər arasında “Kod da Vinçi” müsabiqəsi uğurla yekunlaşıb.

Xezertv.info xəbər verir ki, Saatlı rayonu Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbdə şagirdlər arasında Kod da Vinçi oyunu keçirilib. Oyun şagirdləri interaktiv fəaliyyətlərə cəlb etmək, məktəbdə şagirdlər üçün əyləncəli və interaktiv tədbirlərin təşkil olunmasını təşviq etmək və bununla da, şagirdlərin mental inkişafını dəstələmək məqsədilə həyata keçirilən “Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” layihəsi çərçivəsində baş tutub. Şagirdlərin dərsə və məktəbə həvəsini artırmaq, onların asudə vaxtlarını keyfiyyətli şəkildə keçirməsini təmin etmək məqsədilə layihəyə Vll, Vlll və lX sinifdə təhsil alan 50 şagird cəlb olunub. 5 komanda şəklində yarışan məktəblilər 2 mərhələli qaydada oyunda iştirak ediblər. Qalib komanda layihənin bağlanış mərasimində mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində Maral Əmraslanova tərəfindən Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbində təşkil olunur.
Fərid Faiqoğlu


























































