“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Tanınmış jurnalist özünü belə təbrik etdi
Düz 49 il əvvəl qarlı,şaxtalı,tufanlı,9 fevralda bu dünyaya qeyri-adi bir ruh gəldi – o mən idim! Tanrı məni seçərək bu dünyaya ilk övlad,ilk nəvə daha sonralar bir ocağa ilk gəlin olmağımı taleyimə yazdı.
Numeralogiya elmində,fəlsəfi hikməti dərin,müqəddəs,sehirli gücü olan 9 rəqəmi doğum tarixim oldu.
Ayın 9-u doğulanlar,döyüşçü ruhu ilə doğulur.Bəli ,həyat yolum bu günə kimi döyüş yolu,özüm isə ordularla savaşan tək bir döyüşçü oldum…
Yaradana minnətdaram ki,belə güclü ruhda məni dünyaya göndərib.
Budur, daha bir irəliləyiş ili… Əzablarım, çətinliklərim və qorxularımla Allah mənə sadiq qaldı və illərimə daha bir il əlavə etdi!
Deyir oğullar analar dünyasını dəyişdikdən sonra,qızlar isə ataları bu dünyadan köçdükdən sonra böyüməyə başlayır,mənim dünyam olan atamı düz 17 il olacaq ki,itirmişəm.Həqiqətən də mən o gündən böyüməyə başladım ,nələrdən keçmədim ki…
Odur ki,mənim bu gün 49 yox,17 yaşım tamam olur ,hələ ömür qabaqdadır,yetim yaza çıxar,yamanlıq qış qalar…
Sevginin, ağrının və şirin hadisələrin yaşandığı bir dünyada yeni yaşımda dirçəlişimin ömür boyu sülh, sağlamlıq və xoşbəxtliklə keçməsini arzulayıram . Özüm özümü təbrik edirəm!Şəfəq ,yeni yaşın mübarək!
Şəfəq Ağacan























































