Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Beynəlxalq təcrübəli sinif idarəçiləri" layihəsi çərçivəsində təlimlər yekunlaşıb və müəllimlər imtahan mərhələsinə keçib ediblər!
Xezertv.info xəbər verir ki, VIII qrant müsabiqəsində qalib gəlmiş "Beynəlxalq təcrübəli sinif idarəçiləri" layihəsi çərçivəsində TKT Modul 3 üzrə nəzərdə tutulmuş "Teachers' and Learners' Language in the Classroom" və "Classroom Management" və s. bu mövzularda təlimlər yekunlaşıb. . Bu modul tədris prosesində sinifin idarə olunması, dərs planlaşdırılması və pedaqoji strategiyaların tətbiqi sahəsində müəllimlərin bilik və bacarıqlarını artırmağa yönəlmişdir. Təlim müddətində iştirakçılar müasir təlim metodikası, dərs prosesində qarşılıqlı əlaqənin effektiv qurulması və müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsi üzrə nəzəri və praktiki biliklər əldə etmişlər.
Layihənin rəhbəri Nağıyeva Ülviyyə və təlimçi Mehdiyeva Vəsilə tərəfindən aparılan təlimlər iştirakçılar üçün əhatəli və yüksək səviyyədə təşkil olunmuşdur. Təlimlərin tamamlanmasının ardından iştirakçılar beynəlxalq səviyyədə tanınan TKT (Teaching Knowledge Test) imtahanında iştirak edərək əldə etdikləri bilikləri qiymətləndirmə imkanı qazanmışlar. İmtahan, müəllimlərin pedaqoji yanaşmalarını təkmilləşdirmək və beynəlxalq standartlara uyğun olaraq peşəkar səviyyələrini təsdiqləmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Təlimlərdən görüntüləri sizə təqdim edirik.
Layihə iştirakçılarına gələcək imtahanlarında uğurlar arzulayır, əldə etdikləri biliklərin tədris fəaliyyətlərində yüksək nəticələrə səbəb olacağına inanırıq.
Xatırladırıq ki, "Beynəlxalq təcrübəli sinif idarəçiləri" adlı layihə Məmmədli kənd tam orta məktəbində Ülviyyə Nağıyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi məktəbimizin ingilis dili müəllimlərinin sinif idarəetmə sahəsində beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarını artırmaq və onları Cambridge ESOL-un təqdim etdiyi TKT sertifikatı ilə təmin etməkdir.
Layihə çərçivəsində TKT kursunun üçüncü modulu əldə edildikdən sonra məktəbdən 5 müəllim seçilib. İcra mərhələsində seçilmiş müəllimlər üçün müntəzəm dərslər keçirilmişdir. Müəllimlərin imtahana qeydiyyatı aparılmışdır. Kursun nəticəsi olaraq müəllimlərin Band 3 səviyyəsinə çatması gözlənilir.





























































