Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
ETSN: Güclü külək davam edəcək, sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək
Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, hazırda sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
İradə İbrahimova eyni zamanda əhalini hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb:
"Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür".
Nazirlik rəsmisi qeyd edib ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmaq olmaz.
Qeyd edək ki, narıncı xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka "yüksək risk” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və tələfatlar ola bilər.























































