“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Avropa Liqası: "Qarabağ" sonuncu oyunda da uduzdu
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın "Olimpiakos” komandasına məğlub olub.
Qaynarinfo-nun məlumatına görə, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VIII tur
30 yanvar
Olimpiakos (Yunanıstan) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Əyyub Əl-Kaabi, 56; 60. Culian Byankone, 89.
Olimpiakos: 88. Konstantinos Tzolakis, 4. Culian Byankone, 5. Lorentso Pirola, 16. David Karmo, 20. Koştinya, 10. Jelson Martins, 11. Kristoffer Velde, 14. Dani Qarsiya, 32. Santyaqo Hetse, 84. Xaralampos Kostulas, 9. Əyyub Əl-Kaabi.
Ehtiyat oyunçular: 1. Aleksandros Pasxalakis, 45. Panayotis Petsos, 65. Apostolos Apostolopulos, 19. Qiorqos Masuras, 99. Aleksandros Anaqnostopulos, 27. Serjiu Oliveyra, 96. Xristos Muzakitis, 17. Roman Yaremçuk, 3. Fransisko Orteqa, 8. Marko Stameniç, 23. Rodiney, 22. Çikinyo.
Baş məşqçi: Luis Mendilibar.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 66. Patrik Andrade, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 11. Emanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Radu Petresku.
Pirey. Georgios Karaiskakis stadionu























































