201 nömrəli məktəbdə şok iddialar: İşdən çıxarılan müəllimlərin etirafları və yeni səs yazıları üzə çıxdı
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
Suraxanı rayonu Bakıxanov qəsəbəsi 105 saylı körpələr evi-uşaq bağçasının müdiri Arzu Talıbova – Dövlətin təhsilə diqqət və qayğısı
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müdiri Əsli Alıyeva – “ Uşaqlara qayğının təməlində sevgi dayanır”
Millət Vəkili Nəsib Məhəməliyev – Xalqın etimadını doğruldan, dövlətin etibarlı nümayəndəsi
Şəmkirdə dəhşətli qəza: 5 nəfər həlak oldu
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, yanvarın 24-ü saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində polisə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparmaqla bərabər, hərəkətin təhlükəsizliyi nəzarətdə saxlanılmaqla bərpa edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkətə daxil olub qarşıdan gələn Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi "Niva” markalı avtomobil ilə toqquşması nəticəsində "VAZ 2106"nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "NİVA" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eyni zamanda, hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb.
"VAZ2106"da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.