Xəbər Lenti
Bugün, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Dünən, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Dünən, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
Dünən, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Dünən, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
“O, futbol üçün bir hədiyyədir”
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Luka Modriçin İspaniya kubokunun 1/16 final mərhələsində “Deportivo” (5:0) ilə oyununda çıxışını dəyərləndirib.
“Qafqazinfo” bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.
“Modriç futbol üçün bir hədiyyədir. Azarkeşlər, komanda yoldaşları, məşqçi... Bütün “Real Madrid” üçün.
Mənim üçün isə böyük hədiyyədir. Xüsusən də belə matçlara hazırlaşmasına görə. Sanki finala hazırlaşır. Bu, gənclər üçün çox mühüm nümunədir”, - deyə italiyalı mütəxəssis deyib.
Xatırladaq ki, sözügedən matçın 55-ci dəqiqəsində komandasının 4-cü qolunu vuran 39 yaşlı Modriç 63-cü dəqiqədə əvəzlənib.






















































