Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
“ACWA Power” 2024-cü ilin “Fəal Xarici Şirkəti” adına layiq görüldü
Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəlşirkəti olan "ACWA Power", Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Dayaq” Mükafatı tədbirində 2024-cü ilin “Fəal Xarici Şirkəti” adına layiq görülüb.
Mükafatı ACWA Power-ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qəbul edib və bildirib: “Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-ə çatdırmaq və istixana qazı emissiyalarını 35% azaltmaqla öz iqtisadiyyatını dekarbonizasiya etmək üçün ilham verici hədəflər müəyyənləşdirib. Strateji mövqeyi və geniş yaşıl enerji potensialı ilə Azərbaycan, regionda və onun hüdudlarından kənarda yaşıl enerjinin inkişafı və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır. ACWA Power Azərbaycanın bu strategiyasını dəstəkləyir və ölkədə yaşıl enerji və suyun duzsuzlaşdırılması layihələrinə sərmayə yatırmağa böyük maraq göstərir”.
Qeyd edək ki, bu ilin sentyabr ayında ACWA Power Azərbaycan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında yaşıl sahibkarlığın təşviqi və Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bundan əlavə, ACWA Power ölkədə keçirilmiş mühüm tədbir olan COP29-un Enerji və Su Tərəfdaşı olmuşdu.
Hal-hazırda şirkət, investisiya dəyəri 340 milyon ABŞ dolları olan, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir.
Qeyd edək ki, ACWA Power (TADAWUL:2082) Səudiyyə Ərəbistanının səhmdar şirkəti, dünyanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması üzrə özəl şirkəti və yaşıl enerjiyə keçid üzrə lideridir. 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış ACWA Power, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yetirən ACWA Power, 4,000-dən çox işçi heyəti ilə təmsil olunur və onların 60%-i fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir.
Şirkətin portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 90 layihədən ibarətdir və ümumi sərmayə dəyəri 94.3 milyard ABŞ dolları təşkil edir. Şirkət, ümumilikdə 65.6 GVt enerji istehsalı gücünə malik layihələr həyata keçirir və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.
Daha ətraflı məlumat üçün: www.acwapower.com Əlaqə üçün: [email protected]























































