Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən yad edilib
Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə misilsiz xidmətləri olan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən dərin ehtiramla yad edilib.
Ulu Öndərin anım günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə GİKM-in 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən ölkəmizin şəhər və rayonlarında anım tədbirləri həyata keçirilib. Sözügedən tədbirlər gənclərin Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlandırılması, onun irsinin öyrənilməsi və milli dəyərlərə bağlılığın gücləndirilməsinə yönəlib.
Belə ki, gənclər ilk olaraq, Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı gənclər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat əldə edib, onun milli dövlət quruculuğu sahəsində gördüyü işlərlə tanış olublar. Mərkəzlərdə nümayiş olunan eksponatlarla, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın inkişafını əks etdirən tarixi məqamlarla bağlı məlumat alıblar.
Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masa və görüşlərdə gənclər Heydər Əliyev irsinin Azərbaycan üçün əhəmiyyətini daha dərindən anlayıb, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı üçün görülən işlər haqqında məlumat əldə ediblər. Görüşlər zamanı “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Əbədiyyətin ilk əsri”, “Dahi lider” filmləri nümayiş olunub.



























































