Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
“Ronaldo inanılmaz dərəcədə eqoist idi”
Məşhur sabiq futbolçu Rafael van der Vaar bir vaxtlar “Real Madrid”də birgə çıxış etdiyi Kriştiano Ronaldo haqda danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, “The LineUp” verilişində ulduz futbolçu barədə fikirlərini bölüşüb.
Hollandiyalının sözlərinə görə, Ronaldo eqoist idi:
“Mən həmişə zarafat edirəm ki, Ronaldo soyunub-geyinmə otağında heç vaxt çılpaq görmədiyim yeganə oyunçudur. Məşqə birinci gələn də o idi, sonuncu gedən də. Lakin, Ronaldo inanılmaz dərəcədə eqoist idi. 6:0 hesabı ilə qalib gəldiksə və o, qol vurmayıbsa, sevinməzdi. Əgər biz uduzsaydıq və o, iki qol vursaydı, onda hər şey qaydasında idi. Onunla çox danışırdım. O, həmişə deyirdi: “Mənə hədəflərim lazımdır!”.
Qeyd edək ki, Ronaldo və Rafael 2009-2010 mövsümündə “kral klubu”nda komanda yoldaşı olublar. Vaar 2010-cu ildə “Tottenhem”ə keçdi, Kriştiano isə 2018-ci ilə qədər “Real Madrid”də qaldı.






















































