“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
İki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərində öldürülən israilli ravvinin qatilləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi gizli əməliyyatla yaxalanıb.
“Qafqazinfo” bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.
Ravvin Tzvi Koqanı öldürən üç Özbəkistan vətəndaşının qaçdığı müəyyən edildikdən sonra BƏƏ hökuməti Türkiyədən kömək istəyib. Milli Kəşfiyyat Təşkilatı ravvini öldürən cinayətkarların tutulması üçün işlərə başlayıb.
Məlumata görə, şəxslər İstanbula enərkən onların mindiyi taksi MİT və polis tərəfindən izlənilib. Polis qrupları taksini yoxlanış üçün saxlayıb və BƏƏ tərəfindən axtarılan 3 nəfəri yaxalayıb.
Bildirilib ki, ravvini qətlə yetirən 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç cinayət törətdikləri ölkə olan BƏƏ-yə təhvil verilib.
Qeyd edək ki, Tzvi Koqan İsrail və Moldova vətəndaşıdır. O, 2020-ci ilin sonunda İsrail və BƏƏ arasında diplomatik əlaqələr qurduqdan sonra Əbu-Dabidə yaşayıb.























































