“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir
Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.
“Qafqazinfo”ya müraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.
O, ixtisasca hüquqşünas olan qızının 3 ildir leytenant rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir: “Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara leytenant hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfəri geri qayıtdıqdan sonra onlara leytenant rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir”.
.jpg)
Elmira Rəsulova bildirib ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və oktyabrın 31-də məhkəmə prosesi başa çatıb: “31 oktyabrda hakim Emin Abdullayevin sədrliyi ilə qızımın Müdafiə Nazirliyinin götürdüyü öhdəliyə əsasən, Pakistanın Hərbi Akademiyasına göndərməsi və qayıtdıqdan sonra leytenant hərbi rütbəsinin verilməsinin qanunsuz olaraq uzadılması və verilməməsi barədə qaldırdığı iddiaya baxıldı. Məhkəmə prosesində hakim mənim nümayəndə kimi çıxışıma mane oldu. Proses zamanı iki dəfə hər biri 15-20 dəqiqə olmaqla fasilə elan etdi. İşə baxılan müddətdə Müdafiə Nazirliyi rəsmi olaraq iddiamıza etiraz vermədi. Qızımın rütbə alması üçün lazım olan bütün sənəd və sübutları məhkəməyə təqdim edərək qızımın rütbəsinin verilməsinə şərait yaratdı. Həmçinin nazirliyin nümayəndəsi heç bir prosesə gəlmədi. Nazirliyin və bizim təqdim etdiyimiz bütün sənəd və sübutlar qızımın iddiasının təmin olunmasına şərait yaratsa da, bizim iddiamız təmin edilmədi”.
.jpg)
Şikayətçi əlavə edib ki, qızı və digər hərbçilər Pakistana 6 aylıq ezam olunarkən Müdafiə Nazirliyi onlara ezamiyyət haqqı da ödəməyib: “Biz xərcləri özümüz qarşılamalı olduq və nazirliyin ezamiyyət pullarını ödəməməsi ilə bağlı da mülki qaydada məhkəmədə iddia qaldırmışıq. Bununla yanaşı, 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi qızıma veteranlıq verilmişdi, bir il ərzində aylıq 80 manat müavinət aldı. Sonra vəsiqə və medalların verilməsinə başlandı. Lakin qızıma heç bir medal və veteranlıq vəsiqəsi verilmədi, hətta heç bir əsas və əmr olmadan veteranlıq müavinəti də dayandırıldı. Hazırda veteranlıq statusu rəsmi olaraq qüvvədədir. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində ayrıca iddia qaldırmışıq”.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirildi ki, hazırda Ş.R-in məsələsi məhkəmədə müzakirə edilir.
Bakı İnzibati Məhkəməsindən isə sorğumuza cavab olaraq deyildi ki, tərəf qərardan narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər.























































