Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Gənclər üçün ekoloji təşəbbüskarlığa dəstək proqramı keçirilib
Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl cəmiyyət - Yaşıl gələcək: Gənclərin ekoloji təşəbbüskarlığına dəstək proqramı” keçirilib.
Proqram çərçivəsində ekoloji təhlükəsizliyin təmin edilməsinə maraqlı 25 gənc ilə 3 günlük təlimlər sessiyası baş tutub. Təlimçi və fasilitator Cəsur Mədətzadənin təqdimatında keçirilən təlimlərdə iştirakçılara COP29 tədbiri haqqında məlumat verilib, həmçinin tədbirin ölkəmizdə və dünyada keçirilməsinin əhəmiyyəti vurğulanıb. Təlim sessiyaları ətraf mühitlə bağlı problemlərin üzə çıxarılması və araşdırılması metodları, buna uyğun olaraq həllyönümlü layihələrin fəaliyyət planının qurulması mövzularını əhatə edib.
Qazandıqları bilik və bacarıqlar vasitəsilə komandalara bölünərək layihə ideyaları üzərində işləyən gənclər layihənin son mərhələsi olan İdeaton tədbirində iştirak ediblər. Tədbirdə hər bir komanda ekoloji problemlərin həllinə əsaslanan ideyalarını ekspertlərə təqdim edib və layihələr dəyərləndirilib. İdeaton tədbirində ekspert qismində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı Ələkbərli və “Saf Həyat Naminə Gənclər” İctimai Birliyinin sədri Dinara Bayramlı çıxış edib. Layihələr qiymətləndirildikdən sonra icrası uğurlu hesab edilən 3 layihə seçilib və komanda üzvləri mükafatlandırılıb.
Qalib komanda üzvləri növbəti mərhələdə gənclər üçün nəzərdə tutulan fərdi qrantlara müraciət zamanı Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfdən mentorluq dəstəyi alacaqlar.



























































