“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Daha heç kimdən icazə almırıq” - Ərdoğan
“Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq”.
“Qafqazinfo “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarma qüvvələrinə təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, ölkəsi pilotsuz uçuş aparatları bazarında dünyanın ən böyük istehsalçısıdır:
“Əvvəllər bizə silah verənlər atdığımız güllələrin sayını tutur, bəzən də hesaba çəkirdilər. Terrorla mübarizəmizdə daim maneələrlə qarşılaşardıq, artıq öz hazırladığımız silahlardan istifadə edərək bütün problemlərin öhdəsindən gəlirik. Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq”.
“Təbii ki, bununla kifayətlənməyəcəyik. Qarşıdakı dövrdə heç bir sahəni diqqətdən kənarda qoymadan, dostlara etimad, düşmənlərə isə qorxu aşılayan çəkindirici gücə nail olana qədər çalışacağıq”,- Ərdoğan vurğulayıb.























































