“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”
Həkim satın aldığı körpəni yerə salıb başqa adla xəstəxanaya apardı - Türkiyədə qalmaqal
Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub
Nazirlikdə Avropa Universitetləri Futzal Çempionatının qalibləri ilə görüş - Fotolar
“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə həyatının digər sahələri kimi, mədəniyyətin bütün istiqamətlərinin inkişafı daim diqqətdə saxlanılır. Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir.
Bu işlərin davamı kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakıdakı Muğam Mərkəzinə “beynəlxalq” statusu verilib. Qeyd edək ki, Muğam Mərkəzi ölkəmizdə qanunvericiliklə “beynəlxalq” statusu alan ilk mədəniyyət müəssisəsidir. Yeni status uzun illərdir paytaxtımızın aparıcı konsert müəssisələrindən biri kimi fəaliyyət göstərən mərkəzdə çalışan insanların maddi rifahının yaxşılaşmasına səbəb olacaq. Xatırladaq ki, Muğam Mərkəzi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, mədəniyyətimizin himayədarı Mehriban xanım Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2005-ci il 6 aprel tarixli sərəncamı ilə yaradılıb.
Həmin il təməli qoyulan və Bakının unikal memarlıq layihələrindən olan mərkəzin binası 2008-ci ildə istifadəyə verilib. Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti mərkəz bir sıra ölkələrin mədəniyyət ocaqları ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Burada muğam sənətinin tədqiqi və təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırılır.
Onu da bildirək ki, Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli Qərarı ilə “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli Qərarında dəyişiklik edilib.
Qərarla 2016-cı il 5 oktyabr tarixdə təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın müvafiq bənd və hissələrində “akademik” sözündən sonra “beynəlxalq” sözü əlavə olunub.
culture.gov.az