Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - Fotolar
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində ölkə ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında yüz minlərlə yeni ağac və kollar əkilib.
“Qafqazinfo” xəbər verir ki, bu işlər ölkəmizin paytaxtı Bakı şəhərində də geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilir.
Ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri də yaxından iştirak edirlər. Bu işlər çərçivəsində oktyabrın 23-də Bakı Şəhər və Qaradağ rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt magistral yolunun kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.
Bu gün keçirilən aksiyada icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar Şamı və oleandr kolları əkilib. Yeni əkilən kollara və bu ərazıdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Yaxın gələcəkdə bu ərazidə əkilən ağac və kollar Bakı şəhərinin əsas giriş istiqaməti olan Bakı-Ələt magistral yolunu daha da gözəlləşdirəcək, sakinlərimiz və şəhərimizin qonaqlarının zövqünü oxşayacaqdır.






























































