Menu
Xəbər Lenti
Hər kəsin öz karvanı
Bugün, 12:09

Hər kəsin öz karvanı

Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

01 Ekm 11:17Manşet / Gündəm

QUBA RİH-nin Başçısı İLQAR MAHMUDOV – “YÜKSƏK PEŞƏKARLIQ VƏ AYDIN VƏTƏNDAŞ MÖVQEYİ”

 

Ulu Öndər Heydər Əliyev müstəqil müasir Azərbaycanın yaradıcısı və banisidir. Onun rəhbərliyi dövründə atılan addımlar, bu gün də ölkəmizin inkişafına zəmin yaradır. Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab İlqar Mahmudov, bu irsi davam etdirərək, Ulu Öndərin prinsiplərini rəhbər tutmuşdur. O, icra başçısı kimi rayonun inkişafını, vətəndaşların rifahını və sosial məsələlərin həllini prioritet hesab edir.


İlqar Mahmudov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili siyasətini dəstəkləyərək, vətəndaşların sosial rifahının artırılması üçün müvafiq tədbirlər həyata keçirir. Rayonun inkişafı, şəhid ailələrinə, müharibə veteranlarına və kimsəsiz ahıllara göstərilən diqqət ilə birbaşa bağlıdır. Bu sahədə atılan addımlar, cəmiyyətin sosial ədalətini gücləndirir.


Quba Rayon İcra Hakimiyyəti Başçısı İlqar Mahmudov: Prezident İlham Əliyevin etimadını doğruldan bir başçıdır.


Quba rayonu, gözəl təbiəti və zəngin mədəni irsi ilə Azərbaycanın dəyərli guşələrindən biridir. Bu regionun idarə olunmasında İlqar Mahmudovun rəhbərliyi altında görülən işlər, Prezident İlham Əliyevin etimadını doğruldur və vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir. İlqar Mahmudov, yalnız bir icra başçısı olaraq deyil, həm də cəmiyyətin bir parçası olaraq, vətəndaşların rifahını artırmağa yönəlmiş təşəbbüsləri ilə tanınır.


İlqar müəllim icra başçısı kimi vətəndaşlarla birbaşa əlaqələr quraraq, şəhid ailələri və müharibə veteranlarına xüsusi diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən sosial layihələr, sadəcə maddi yardım ilə məhdudlaşmır. Onun rəhbərliyi altında, müharibə veteranlarına psixoloji dəstək, tibbi xidmətlər və sosial tədbirlər təşkil edilir. Şəhidlərin anma mərasimində iştirak edərək yaxınlara xüsusi diqqət göstərir.İlqar Mahmudovun diqqət mərkəzində kimsəsiz ahıllar  həssas qruplara aid vətəndaşlar da vardır. 


İlqar müəllimin icra başçısı təyin olunandan sonra əhatə edən dövrdə Quba rayonunun iqtisadi inkişafı daha da surətlənmişdir. Kənd təsərrüfatı, rayonun iqtisadiyyatının əsasını təşkil edir. İlqar müəllim fermerlərin dəstəklənməsi üçün müxtəlif proqramlar həyata keçirir, yeni texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərlə daha da məhsuldarlığını artırmağa çalışır.


Eynizamanda, Qubarayonununturizmpotensialı daİlqarMahmudovundiqqətmərkəzindədir, turizminfrastrukturununinkişafını prioritethesabedir. Turistlərin cəlb edilməsi və yerli müəssisələrin dəstəklənməsi ilə, rayonun iqtisadiyyatına müsbət təsir göstərilir.


Təhsil, İlqar müəllimin gündəmində önəmli yer tutur. Gənclərin inkişafı üçün müasir təhsil sisteminin yaradılması, məktəblərin inşası və müəllimlərin təlimi kimi layihələr həyata keçirilir. Bu, gələcəyin liderlərinin yetişməsi üçün əhəmiyyətli bir addımdır.


İlqar Mahmudov Quba rayonunun daha da gözəlləşməsi və abadlaşması yönümündə aktiv şəkildə çalışır. İlqar Mahmudovun rəhbərliyi altında Quba rayonunun inkişafı, sosial ədalətin, iqtisadi tərəqqinin və humanizm dəyərlərinin bir araya gəldiyi bir model təqdim edir. Prezident İlham Əliyevin etimadını doğruldaraq rayonun vətəndaşlarının rifahını artırmaq məqsədinə sadiqdir. Onun gördüyü işlər, yalnız bugünkü nailiyyətlərlə kifayətlənməyib, gələcək nəsillərə də örnək olacaq. Quba rayonu İlqar Mahmudovun liderliyi ilə daha parlaq bir gələcəyə doğru irəliləyir.


Bu böyük həyat yolunda aqil, əqidəli, insanların tərəddüdləri, şübhələri olubsa da bunu o insanların yox, zamanın ayağına yazmaq gərəkdir. Məqsədi, məramı olan insan isə zamanın bulanıq dalğalarından mərd, üzüağ adlayaraq silkinib çıxır, yaşayır və yaradır. El ruhunda elə bir cazibə var ki, ona bağlı olanların adlarını yüz illərdən sonra da olsa çəkib gətirir, yaşadır, urvatlandırır. Çünki, dünyada yazlnız xalqın sevgisinə bel bağlamaq olar. Xalq sevgisi təmənnasızdı, xalq sevgisi doğmalıq kəmərindən keçir. Xalq öz sevdiyini, onun üçün yananı köynəyinin içərisindən keçirib doğmalaşdırır. Çünki, ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın ürəyi və yaddaşıdır. Mahmudov İlqar Akif oğlu – Azərbaycanın dövlət xadimi, xalqının fəxri vətəndaşı...


Ümumiyyətlə, hər zaman bu insanın yorulmaz işgüzarlığından ayrıca danışılır, bu barədə ayrıca vurğulanır. İlqar müəllim bu gün bir dövlət xadimi olaraq respublikada böyük hörmət və nüfuz sahibidi. Bir tərəfdə müdrik sadəlik, digər tərəfdə yeni qapıları açılan illərin təcrübəsinə söykənən vəzifə fəaliyyəti – ali xidmət. Bu isə İlqar müəllimin böyük insanlıq, millət, vətən sevgisinin bir cavabıdı.


İlqar Mahmudovun böyük zəhməti, xalq qarşısında qazandığı hörmət, şöhrət hər kişiyə nəsib olan xoşbəxtlik deyil. Yolunuz açıq, ömrünüz uzun olsun, hörmətli İlqar müəllim!


 

Fərid Faiqoğlu



“Xezertv.info”nun baş redaktoru