Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Deputat Fazil Mustafa təklif edib ki, müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə quru sərhədlərlə bağlı müəyyən güzəştlər edilsin: "Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər".
Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən deputat nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.
Bəs bu təklif reallaşarsa, müsbət nəticəsi ola bilərmi?
Professor Adil Qeybulla Qaynarinfo-a açıqlamasında bu təklifi müsbət dəyərləndirdiyini və müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb:

"Xəstə insanlara xaricə getmək üçün doğrudan da güzəşt edilməlidir. Professor kimi deputatın bu fikirlərini dəstəkləyirəm".
Milli Məclidin deputatı Elşad Musayev də həmkarı ilə eyni fikirdə olduğunu deyib:

"Uzun zamandır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Ölkə Prezidenti parlamentdə çıxışı zamanı bunun daha çox təhlükəsizlik məqsədi ilə edildiyi barədə məlumat verdi. Gərgin vəziyyətdir, bəziləri dişlərini Azərbaycana qıcayıb. Ermənistan üzərində Azərbaycanın qələbəsini həzm edə bilməyən çoxlu qüvvələr var ki, onlar ölkəmizə qarşı hər cür təxribat törətməyə hazırdırlar. Amma digər məqam da var. Məsələn, gənclərimiz ölkədən kənarda təhsil alır. Tələbələrin maddi durumu da nəzərə alınmalıdır. Eyni zamanda xəstə, həssas katiqoriyalı şəxlsər var ki, onlara güzəşt edilməlidir".
Qeyd edək ki, baş nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci il saat 06.00-dək uzadılıb. Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.
Bahar Rüstəmli























































