Menu
Xəbər Lenti
Savaşdan qələbəyə
Dünən, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 14:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 13:58

Bəzi rayonlarda leysandır

27 Sentyabr 2024 06:19Manşet / İdman

“Startdan narazı qaldım” - “Tottenhem”in baş məşqçisi

 

“Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis azlıqda qalmaqlarına baxmayaraq, aktiv oyun nümayiş etdirdiklərini söyləyib:

“Bilmirəm, oyunun gecikməsi bizə təsir etdi ya yox amma yüksək temp, yüksək intensivliklə oyuna başlamaq istədik. Brennan bizim üçün vacib oyunçudur. O, hücumda Son və Solanke ilə yaxşı çıxış etdi. Qırmızı vərəqəyə kimi passiv oynadıq və təəssüf ki, Draquş cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım. Lakin qələbə əldə etdiyimiz üçün çox xoşbəxtik, futbolçularım əzmlə mübarizə apardılar”.

Xatırladaq ki, “Tottenhem” “Qarabağ”la qarşılaşmanın 7-ci dəqiqəsində azlıqda qalıb.