Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bəzi ərazilər susuz qalacaq
Bu gün bəzi ərazilərdə suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə “Qafqazinfo”ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Şollar” su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 24-dən 25-nə keçən gecədən 25 sentyabr saat 17:00-a qədər Abşeron rayonu, Çaylı, Aşağı Güzdək, Pirəkəşkül qəsəbələri, Qobustan rayonu, 28 May, Nübar, Hökməli, At yalı, Mexkolon ərazilərinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Təmir işləri bitəndən sonra suyun əvvəlki rejimlə bərpası təmin olunacaq.























































