“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynova ağır itki üz vermişdir.
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynova ağır itki üz vermişdir. Onun anasının vəfatı həm ailəsi, həm də yaxınlarınısarsıtmışdır. Ananın itkisi insanın həyatında baş verən ən ağır və təsirli hadisələrdən biridir. Hər kəs üçün ana böyük bir dayaqdır, onun məhəbbəti və qayğısı əvəzedilməzdir. Rəfail müəlliməbu ağır itkiyə görə dərin hüznlə qarşılayır və ona bu çətin günlərdə səbr diləyirik.
Rəfail müəllim uzun illərdir təhsil sahəsində uğurla fəaliyyət göstərmiş, öz işini peşəkarlıqla yüksək səviyyədə inkişaf etdirən bir şəxsdir. O, təhsilin inkişafı və təhsilin yüksək keyfiyyəti üçün daim çalışmış, müəllimlər və şagirdlər arasında böyük hörmət və etimad qazanmışdır. Onun bu çətin anlarında məktəb kollektivi, dostları, KİV nümayəndələri yanındadı və kədərinə kədərlənir, anasına Allahdan rəhmət diləyirlər.
Ananın varlığı hər bir insan üçün ən qiymətli dəyərdir. Onun həyatda olması ailə üçün həm mənəvi, həm də fiziki dayaqdır. Ana övladlarına sevgi, mərhəmət və qayğı göstərən ilk insandır və onun itkisi hər zaman böyük bir boşluq yaradır. Rəfail müəllimin anasının daimi xatirəsi qəlbində əbədi olaraq yaşayacaq. Biz də bu çətin günlərdə Rəfail müəllimə dərin hüznlə baş sağlığı verir, Allahdan diləyimiz, anasının məkanı cənnət olsun deyirik.
Fərid Səfərov Faiq oğlu
“Xezertv.info”-nun rəhbəri






















































