“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
“İnkişaf və Təcrübə Akademiyası 2” uğurla yekunlaşıb

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən artıq 2-ci dəfə keçirilən “İnkişaf və Təcrübə Akademiyası 2”nin bağlanış tədbiri baş tutub.
GİKM-in Baş direktoru Azər Əliyev, baş ofisin nümayəndələri, mentorlar və təcrübəçilərin iştirak etdiyi tədbirdə çıxışçılar tərəfindən gənclərin karyera inkişafında praktiki təcrübə və biliklərin əhəmiyyəti, proqramın iştirakçılara real iş mühitində bilik və bacarıqlarını tətbiq etməyə imkan yaratdığı vurğulanıb.
Layihələrin və regionlarda gənclərlə işin idarə olunması, sosial media marketinq üzrə keçirilən və iyul-sentyabr aylarını əhatə edən təcrübə müddətində gənclər praktiki biliklərə yiyələnməklə yanaşı, həm də şəxsi inkişaf və karyera quruculuğu istiqamətində təlim sessiyalarına cəlb olunublar.
Sonda gənclərə məzun sertifikatları təqdim edilib.
Qeyd edək ki, yaxın günlərdə “İnkişaf və Təcrübə Akademiyası”nın 3-cü dəfə elan olunması nəzərdə tutulub.
Xezertv.info


























































