Xəbər Lenti
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
"Qarabağ" Zaqrebdəki ilk oyunda uduzdu
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
Qaynarinfo xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
Çempionlar Liqası
Pley-off
İlk oyun
20 avqust
Dinamo (Zaqreb, Xorvatiya) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Marko Pyatsa, 30. Sandro Kulenoviç, 75; 80.
Dinamo: İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin.
Ehtiyat oyunçular: 1. Zagoraç, 23. Filipoviç, 3. Ogivara, 4. Torrente, 6. Bernauer, 8. Kaçavenda, 17. Kulenoviç, 19. Kordoba, 30. Roq, 36. Vrbançiç, 66. Paviç, 77. Şpikiç.
Qarabağ: 97. Fabiyan Buntiç, 3.Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66.Patrik Andrade, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski ,55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 20.Riçard Almeyda, 24.Aleksey İsayev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica, 22. Musa Qurbanlı.
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç).
VAR: Bastian Danker (Almaniya).
AVAR: Yohan Pfeyfer (Almaniya).
Zaqreb, "Maksimir".






















































