Xəbər Lenti
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
17-11-2026, 12:17
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
17-11-2026, 11:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 11:00
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
17-11-2026, 10:49
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
17-11-2026, 10:03
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
16-11-2026, 21:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 15:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı - Son anda qarşısı alındı
İctimai xadimin həyatına sui-qəsddə və qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Hazırki mərhələdə tərəflərin heç biri vəsatətlə çıxış etməyib. Ümumi razılaşmaya əsasən, cinayət işi baxışa verilib. Birinci baxış iclası avqustun 2-nə təyin edilib.
Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.
Cinayət işinin mahiyyəti ilə bağlı bəzi məlumatları əldə etmişik.
Belə ki, 41 yaşlı Elşən Hüseynov dini ədavət niyyəti ilə iki nəfəri öldürməyə cəhd edib, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd edib. Elşənin qisas niyyəti ilə öldürmək istədiyi əsas adam "Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov olub.
Elşən 30 dekabr 2023-cü il tarixdə "Məşədi Dadaş” məscidinin imamına sui-qəsd etmək niyyəti ilə onun otağına zorla girmək istəyib.
Bu vaxt məscidin xidmətçisi Rəsul Həsənli onu saxlamağa çalışıb. Təqsirləndirilən şəxs bu vaxt cibindəki bıçağı çıxararaq xidmətçinin qulaq, qarın və digər nahiyələrinə xəsarət yetirib. Elşən öz iradəsindən asılı olmayan səbəbdən planını tam reallaşdıra bilməyib. Xidmətçi yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, Elşən isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Elşən Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.























































