Xəbər Lenti
Dünən, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Dünən, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Dünən, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Dünən, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Prezident Ceyms O’Braynı qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Qaynarinfo xəbər verir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmnunluqla qeyd etdi. O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu dedi.
Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulandı.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulandı.
11.38Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.























































