Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Naxçıvanda yüksək vəzifəyə təyinat
"Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub.
APA xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının qərarına əsasən, Vüsal Ələkbər oğlu Məmmədov publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə təyinat alıb.
Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
Həmçinin, Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.
























































