BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
General indi də bu səbəblə azadlığa çıxmaq istəyir
Doqquz ildir həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir.
Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəsisəssinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəsisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.
Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.
Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.
Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.























































