Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Klubun zəif idarəçiliyi...” - Eddi İsrafilovdan vida paylaşımı
Xəbər verdiyimiz kimi, dünən Eddi İsrafilov “Neftçi” ilə yollarını ayırıb.
“Qafqazinfo”nun məlumatına görə, yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
“Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim, bu klubda çoxlu mehriban işçilər vardı. Amma klubun zəif idarəçiliyi və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür edirəm, sizi hər zaman ürəyimdə daşıyacağam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Gələcəkdə sizə uğurlar arzulayıram.
Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin, unutmayın ki, siz klubun özüsünüz, siz komandanın DNT-sisiniz və bu klubun əsl motoru sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!” - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Eddi İsrafilovun atası anqolalı, anası İradə İsrafilova isə azərbaycanlıdır.























































